Ucnoqta.az
www.ucnoqta.az

İtaliyada Cüzeppe Qaribaldinin heykəlini ildırım vurub

22:31 - 7 Sentyabr 2018 tarixində dərc olunub.

İtaliyanın paytaxtı Romada Cüzeppe Qaribaldinin at üzərində olan heykəlini ildırım vurub. 

“Report” "Gazeta.ru"ya istinadən xəbər verir ki, yağışlı havada baş verən hadisə zamanı heykəldən bir neçə mərmər parçası qoparaq tökülüb.

Hazırda heykəlin yerləşdiyi meydana giriş yanğınsöndürənlər və Mədəniyyət Nazirliyi əməkdaşları tərəfindən müvəqqəti məhdudlaşdırılıb. 

Heykəlin bünövrəsinin zədələndiyi bildirilir.

Müəllif: