Ucnoqta.az
www.ucnoqta.az

Maliyyə naziri: <font color=red><b>“Dövlət büdcəsinin 9 aylıq icrası 98%-dir”</b></font>

12:06 - 7 Sentyabr 2018 tarixində dərc olunub.

"2018-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin icrası ilə bağlı dəqiq rəqəmlər olmasa da, büdcənin icrası kifayət qədər yüksəkdir və təxminən 98%-dir”.

Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. Bundan başqa, onun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsi normal şəkildə davam edir: “Layihənin icrası üçün lazım olan vəsait mərhələlərə uyğun olaraq cəlb edilir. Hazırda bir sıra beynəlxalq maliyyə institutları ilə danışıqlar gedir. Amma konkret nəticə 2019-cu ilə təsadüf edəcək". report

Müəllif: