Ucnoqta.az
www.ucnoqta.az

Nazir: "Azərbaycanın neft-qaz sektoruna 95 mlrd. dollar investisiya qoyulub"

10:34 - 7 Sentyabr 2018 tarixində dərc olunub.
"İndiyə qədər Azərbaycanın neft-qaz sektoruna 95 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulub".  Bunu Bakıda keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018”də energetika Naziri Pərviz Şahbazov deyib. "Azərbaycan ölkədən kənarda da neft-kimya layihələri həyata keçirir. Bu ilin sonuna qədər illik istehsal gücü 10 mln. ton olacaq "Star" Neft Emalı Zavodunun istifadəyə verilməsi nəzərdə tutulur", - nazir bildirib.  O həmçinin qeyd edib ki, əsas strateji hədəflər karbon emissiyalarının azaldılması və alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsidir. Report
Müəllif: