Ucnoqta.az
www.ucnoqta.az

Milli Məclisin komitələri fəaliyyətə başlayıb

11:30 - 6 Sentyabr 2018 tarixində dərc olunub.

 Azərbaycan Milli Məclisinin (MM) komitələri payız sessiyası çərçivəsində fəaliyyətə başlayıb.

Parlamentin ilk komitə iclası bu gün keçirilir. Parlamentin payız sessiyasının ilk plenar iclası isə oktyabrın 1-də keçiriləcək.

MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Bu il sentyabrın 30-u bazar gününə təsadüf etdiyindən iclasın oktyabrın 1-də keçirilməsi nəzərdə tutulub.

Payız sessiyasının qanunverici işlər planı yaxın günlərdə açıqlanacaq.report

Müəllif: