Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Prezidenti Esvatininin kralını təbrik edib

19:31 - 5 Sentyabr 2018 tarixində dərc olunub.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvatiyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:  

"Əlahəzrət,

Esvatini Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza sülh və tərəqqi arzulayıram".

Müəllif: