Ucnoqta.az
www.ucnoqta.az

Bakının bəzi küçələrində rənglənmə işləri aparılır

14:13 - 4 Sentyabr 2018 tarixində dərc olunub.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Bakının bəzi prospect və küçələrində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospektindən Keşlə-Mərkəzi yolu, Davud Aslan küçəsinə kimi bu gün üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq. Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Müəllif: