Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevir su anbarında 5 gün əvvəl batan şəxslərin axtarışı davam edir

17:00 - 3 Sentyabr 2018 tarixində dərc olunub.

Avqustun 29-da Mingəçevir su anbarında (nəzarətsiz ərazi) batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlunun və Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları davam edir. 

FHN-dən verilən məlumata görə,  K.Hüseynovun axtarışlarına nazirliyin kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran və Muğan dalğıc-axtarış qrupları, E.Quliyevin axtarışlarına Aran dalğıc-axtarış qrupu və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Müəllif: