Ucnoqta.az
www.ucnoqta.az

Payız fəslinin gələcəyi vaxt açıqlandı

14:45 - 3 Sentyabr 2018 tarixində dərc olunub.

Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də saat 05:54:06-da daxil olacaq.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından "Ölkə.Az"a verilən məlumata görə, payız fəsli daxil olduğu anda həm də gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. 
Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir. Beləliklə , şimal yarım kürəsiü üçün payız, qış fəsli, cənub yarım kürəsi üçün yaz, yay mövsümü başlayır.

Qeyd edək ki, Azərbaycanda qış fəsli dekabrın 22-si saat 02:22-də (qış Günəş qarşıdurması anı) daxil olacaq.

Müəllif: