Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki küçəyə içməli su verilişi dayanıb

12:26 - 2 Sentyabr 2018 tarixində dərc olunub.
Bakının Xətai rayonunun Əliağa Şıxlinski küçəsində magistral su xəttində qəza baş verib. Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”a "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Bildirilir ki, qəza ilə əlaqədar Mehmandarov və Şıxlinski küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.
Müəllif: