Ucnoqta.az
www.ucnoqta.az

Yupiterdə su tapıldı

19:14 - 31 Avqust 2018 tarixində dərc olunub.

Amerikalı alimlər qrupu müəyyən edib ki, Yupiterin böyük atmosfer axını olan Böyük Qırmızı Ləkənin tərkibində çoxlu su var. 

Bununla bağlı “EurekAlert!” press-reliz yayıb. 

Araşdırmaçılar yerüstü alətlərin köməyilə əldə edilən məlumatları analiz ediblər. Məlum olub ki, Qırmızı Ləkənin strukturu üç bulud qatından ibarətdir, onlardan ən dərinində 5-7 atmosfer təzyiq var. Alimlərin sözlərinə görə, bu buludlar donmuş su kristallarından ibarətdir. 

Əgər 2016-cı ildən atmosferdəki qazları araşdıran “Juno” stansiyası bunu təsdiq etsə, onda planetin digər yerlərində, eləcə də, Saturn, Uran və Neptunda da su axtarışına başlamaq olar. oxu.az

Müəllif: