Ucnoqta.az
www.ucnoqta.az

Dövlət qurumlarının kommunal borcları açıqlandı

18:30 - 31 Avqust 2018 tarixində dərc olunub.

Cari ilin iyul ayının 1-nə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilən elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə  nisbətən 5,6 faiz artaraq, 125,3 milyon manat olub.

Ucnoqta.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Oxu.az-a bildiriblər ki, istehlakın ümumi dəyərinin 66,5 faizini elektrik enerjisi, 14,1 faizini təbii qaz, 8,1 faizini su, 6,7 faizini rabitə xidmətləri, 4,6 faizini isə istilik enerjisi təşkil edib.

2018-ci ilin yanvar-iyun aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 94,0 faizini ödəyib. Nəticədə 7,5 milyon manat kreditor borc yaranıb.

Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin ümumilikdə 97,1 faizindən istifadə edərək, 3,1 milyon manatlıq suya, 2,1 milyon manatlıq təbii qaza və  0,4 milyon manatlıq istilik enerjisinə qənaət ediblər.

Müəllif: