Ucnoqta.az
www.ucnoqta.az

Siyəzəndə dənizdə kişi meyiti tapılıb

21:51 - 29 Avqust 2018 tarixində dərc olunub.

Siyəzən rayonunda dənizdə 54 yaşlı kişinin meyiti aşkar edilib. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1964-cü il təvəllüdlü Fərəməz Əsgər oğlu Ələsgərovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: