Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda 76 yaşlı qadın inək sağarkən ayağını sındırıb

20:17 - 28 Avqust 2018 tarixində dərc olunub.

 Tovuz rayonunda yaşlı qadın yıxılaraq xəsarət alıb.

​Hadisə rayonun Əyyublu kəndində baş verib. Kənd sakini, 1942-ci il təvəllüdlü Məmmədova Ərkinaz Rəsul qızı həyətlərində inək sağarkən müvazinətini itirərək yıxılıb. Hadisə nəticəsində qadının sağ ayağı bud hissədən sınıb. Ə.Məmmədova Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.trend

Müəllif: