Ucnoqta.az
www.ucnoqta.az

Fövqəladə hallar naziri Qəbələdə vətəndaşları qəbul edib

17:29 - 24 Avqust 2018 tarixində dərc olunub.

 Avqustun 24-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində İsmayıllı, Şamaxı, Ağsu, Qobustan və Qəbələ rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

​Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazir tərəfindən qəbul edilən 15 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 42, digər məsələlərlə bağlı müraciət etmiş 28 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Müəllif: