Ucnoqta.az
www.ucnoqta.az

“SOCAR” daha bir ünvanda sıxılmış təbii qazın satışına başlayıb

13:18 - 24 Avqust 2018 tarixində dərc olunub.

 Bu gündən etibarən “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolunun sağ tərəfində yerləşən “SOCAR” brendli yanacaqdoldurma məntəqəsində istehlakçılar üçün sıxılmış təbii qazın (STQ) satışına başlayıb.

​SOCAR-dan verilən məlumata görə, bununla da “SOCAR PETROLEUM” QSC-yə məxsus STQ satışını həyata keçirən YDM-rin sayı 3-ə çatıb.

Müəllif: