Ucnoqta.az
www.ucnoqta.az

Axtarışda olan 10 nəfər saxlanılıb

10:31 - 23 Avqust 2018 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyi 2018-ci il avqustun 22-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikasını açıqlayıb.

​DİN-dən verilən məlumata görə, Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Müəllif: