Ucnoqta.az
www.ucnoqta.az

Prezident Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırdı- <font color=red><b>Sərəncam</b></font>

19:11 - 17 Avqust 2018 tarixində dərc olunub.
Prezident İlham Əliyev “Lənkəran rayonunun Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. 7 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən 9,1 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.
Müəllif: