Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki nəfərə xəsarət yetirən şəxs saxlanılıb

12:46 - 17 Avqust 2018 tarixində dərc olunub.

Avqustun 16-da Səbail rayonu ərazisindən Bakı şəhər sakinləri Vüqar Cəfərov və Rövşən İmanquliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətiriliblər.

DİN-dən verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Kənan İsgəndərov saxlanılıb.

Müəllif: