Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda qadın özünü avtomobildən ataraq intihar edib

11:49 - 17 Avqust 2018 tarixində dərc olunub.

Xaçmaz rayonunda 42 yaşlı qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib. 

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Vələmir kəndinin ərazisində baş verib. Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Səmalə Qasımova özünü Cavanşir Səfərovun idarə etdiyi "VAZ 21015" markalı avtomobildən atıb. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. 

Müəllif: