Ucnoqta.az
www.ucnoqta.az

Balakəndə itkin düşən şəxsin axtarışları davam etdirilir

14:38 - 14 Avqust 2018 tarixində dərc olunub.

Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, S.Ramazanovun itkin düşdüyü ehtimal olunan əraziyə yaxın su hövzələrində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar aparılır.

Eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər çayətrafı və ora yaxın ərazilərdə axtarışlar həyata keçirirlər.
Əlavə məlumat veriləcək.​

Müəllif: