Ucnoqta.az
www.ucnoqta.az

Sabirabad sakinindən narkotik vasitələr götürülüb

13:03 - 13 Avqust 2018 tarixində dərc olunub.

 Sabirabad sakinindən narkotik vasitələr aşkar edilərək götürülüb.

DİN-dən verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Güdəcühür kənd sakini, əvvəllər məhkum olunmuş Əlifağa Rəhimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu, habelə evinə baxış zamanı 450 qram marixuana aşkar edilərək götürülüb.

Müəllif: