Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan atletika üzrə Avropa çempionatında qızıl medal qazanan azərbaycanlı sprinter Ramil Quliyevə zəng edib.
Dövlət başçısı Rizəyə səfərdən öncə Türkiyə millisinin şərəfini qoruyan idmançı ilə telefon əlaqəsi saxlayıb. Prezident R.Quliyevi təbrik edərək, ona uğurlarının davamını arzulayıb.
Qeyd edək ki, Türkiyə prezidenti, R.Quliyev Avropa çempionatında qızıl medal qazanandan sonra ona təbrik teleqramı da göndərmişdi.sia