Ucnoqta.az
www.ucnoqta.az

Salyanda 16 yaşlı gənc su kanalında boğulub

11:49 - 9 Avqust 2018 tarixində dərc olunub.

Salyan rayonunda 16 yaşlı gənc su kanalında boğulub. 

Hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 2002-ci il təvəllüdlü İbrahim Eldar oğlu Qurbanov su kanalında çimərkən batıb. Onun meyiti ətrafdakılar tərəfindən sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.report

Müəllif: