Ucnoqta.az
www.ucnoqta.az

Bu yolda təmir işləri aparılır

11:29 - 9 Avqust 2018 tarixində dərc olunub.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-160 km km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Müəllif: