Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğının <font color=red><b>Təfərrüatı</b></font>

10:37 - 8 Avqust 2018 tarixində dərc olunub.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğının təfərrüatı məlum olub.

Yanğın hadisəsi avqustun 7-dən 8-ə keçən gecə, saat 2 radələrində xəstəxananın Rentgen otağında qeydə alınıb.  Belə ki, ümumi sahəsi 36 kvadratmetr olan otaq və avadanlıq yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın güclü olub. FHN-nin yanğınsöndürənləri tərəfindən yanğın spöndürülüb və genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəstəxana əməkdaşları və xəstələr təhlükəsiz təxliyyə ediliblər. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.report

Müəllif: