Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsəndə süni göldə bir nəfər batıb

10:24 - 8 Avqust 2018 tarixində dərc olunub.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonu, Əmirvar kəndində süni göldə 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Müəllif: