Ucnoqta.az
www.ucnoqta.az

Axtarışda olan 21 nəfər saxlanılıb

09:43 - 8 Avqust 2018 tarixində dərc olunub.

Ötən gün ərzində respublika ərazisində 115 cinayət faktı qeydə alınıb, onların 25-i "isti izlər"lə açılıb.

Ucnoqta.az xəbər verir ki, DİN-in mtbuat xidmətindən verlən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: "Avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb".

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilmişdir: "Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb".

Müəllif: