Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Tovuzda 2 nəfər minaya düşüb</b></font>

12:16 - 7 Avqust 2018 tarixində dərc olunub.

Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb.

Hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, həmin ərazidə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Müəllif: