Ucnoqta.az
www.ucnoqta.az

Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb

11:56 - 7 Avqust 2018 tarixində dərc olunub.

Yevlax şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bərdə rayon sakini Əlizamin Hüseynov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Ağdam rayonundan olan məcburi köçkün, 1973-cü il təvəllüdlü Elçin Mübariz oğlu Əliyevi vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.report

Müəllif: