Ucnoqta.az
www.ucnoqta.az

Saxta sənədlərlə sərhəddən keçmək istəyən əcnəbilər saxlanılıb- <font color=red><b>Foto</b></font>

11:43 - 7 Avqust 2018 tarixində dərc olunub.

DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son gün­lərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikası­nın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

Ucnoqta.az xəbər verir ki, DSX-dən verilən məlumata görə, belə ki, iyulun 24-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı reysi ilə uçub gələn 1986-cı il təvəllüdlü Pakistan İslam Res­publikasının vətəndaşı Sultana Fakhara Raza Muhammadın sər­həd nəzarətinə təqdim etdiyi sənədlərin saxtalaşdırılması əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilən yoxlama zama­nı pasportunun məlumat səhifəsinin dəyişdirilməsi, həmçinin İspa­niyaya aid daimi yaşayış kartının saxta olması təsdiqlənib.

İyulun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Riqa reysi ilə uçmaq istəyən, özünü İspaniya Krallığının vətəndaşı kimi təqdim edən 1989-cu il təvəllüdlü Mehmood Asad Rasheedin sər­həd nəzarətinə təqdim etdiyi İspaniya pasportunun saxta olmasına şübhə yaranıb və dərinləşdirilən yoxlama zamanı pasportun sax­talaşdırılması təsdiqini tapıb. Araşdırma nəticəsində saxlanıl­an şəxsin Palistan İslam Respublikasının vətəndaşı olması müəy­yən olunub, baxış zamanı saxlanılan şəxsin üzərindən Pakistan pasportu aşkarlanıb.

İyulun 30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1971-ci il təvəllüdlü Ulikova Feruzanın sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə ta­rix-ştampların saxtalaşdırılması müəyyən edilib.

Avqustun 6-da “Samur” dövlət sərhədindən buraxılış məntəqə­sində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Yegenmatov Avezmurat Bayramgeldıyeviçin sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aşkar olunub.

Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.

Müəllif: