Ucnoqta.az
www.ucnoqta.az

Arıqlayın və rahat yatın...

18:47 - 6 Avqust 2018 tarixində dərc olunub.

Artıq çəkidən azad olmaq əhvalı və yuxunu yaxşılaşdırır.

“Ucnoqta.az” xəbər verir ki, piylənmədən əziyyət çəkən insanlar üzərində araşdırma aparılıb. Çəkisinin ən azı 5%-ni itirən insanların yuxusu və əhvalı daha da yaxşılaşıb. Çəkini itirmənin müsbət təsiri özünü 6 aydan sonra göstərib. Çəkinin necə itirilməsindən asılı olmayaraq, bu insanlara eyni cur təsir edib. 

Alimlər arıqlamanın yuxuya müsbət təsirini təsdiq edirlər. Lakin daha çox nəticə əldə etmək üçün araşdırmalar davam etdirilməlidir. Mütəxəssislər müəyyən ediblər ki, çəkisinin ən azı 5%-ni itirən şəxslərin 21,6 dəqiqə daha artıq yatırlar. Lakin çəkisi 5%-dən az azalan könüllülərin yuxusu cəmi 1,2 dəqiqə artıb. Bundan başqa yuxu və əhvalı yaxşılaşan insanlarda depressiyanın səviyyəsinin azaldığı da müşahidə edilir.

Bununla belə, yaxın zamanlarda keçirilən təcrübələrdən biri göstərib ki, artıq çəkini pəhriz vasitəsilə atan insanlar özlərini daha çox bədbəxt və depressiyaya məruz hiss edirlər. Belə ki, pəhriz saxlayan insanlar düşünürlər ki, arıqlayandan sonra onların həyatları tamam fərqli olacaq. Lakin arıqlayandan sonra görürlər ki, dəyişən yalnız çəkidir. Nəticədə onlar məyus olurlar. Belə insanlar digərlərinə nisbətən iki dəfə daha çox kədərlənirlər və tənhalıqdan əziyyət çəkirlər. Bundan başqa, pəhrizin özü də çox çətin sınaqdır

Müəllif: