Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 13 məktəbdə əsaslı təmir işləri aparılır

13:56 - 6 Avqust 2018 tarixində dərc olunub.

Paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.

Ucnoqta.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hazırda 13 məktəbdə əsaslı təmir işləri aparılır, 1 məktəbin binasının, 1 məktəbin isə qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilir. Bundan əlavə, ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası davam edir. Həmçinin, 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi davam etdirilir. Bütün bu işlərin yeni tədris ili başlayana qədər başa çatdırılması nəzərdə tutulur.

Müəllif: