Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 5-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Yolçu Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini Leyla Fərzəliyevanı vurub.
Piyada hadisə yerində ölüb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.