"Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ekologiya və ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlər planı imzalayıb".
Bunu mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əlizadə deyib.
O bildirib ki, tədbirlər planı əsasında işlər görülür: "Tədbirlər planının hazırlanmasında məqsəd iki nazirliyin birlikdə ekologiya və ətraf mühitin mühafizəsinə yönəlik fəaliyyət göstərməsidir. Yəni, qanunsuz qum-çınqıl, meşə materialı, torpağın üst qatının daşınmasına qarşı birgə mübarizə aparacağıq. İaşə obyektləri tərəfindən edilən qanunsuzluqlara qarşı da Daxili İşlər Nazirliyi ilə birgə tədbirlər görəcəyik".