Ucnoqta.az
www.ucnoqta.az

Son iki gündə Azərbaycanda 57 əcnəbi saxlanılıb

17:17 - 1 Avqust 2018 tarixində dərc olunub.

Son iki gündə qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 57 əcnəbi saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətindən (DMX) verilən məlumata görə, qurum tərəfindən iyulun 30-u və 31-də qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ümumilikdə 57 əcnəbi saxlanılıb. Onlardan 15-i Hindistan, 15-i Türkmənistan, 9-u Gürcüstan, 4-ü Rusiya, 3-ü Türkiyə, 2-si Pa­kis­tan, 2-si Nepal, 2-si Qazaxıstan, 1-i Misir, 1-i İraq, 1-i Polşa, 1-i İtaliya vətəndaşı, 1-i isə Avstriya Respublikasında yaşayan vətəndaşlığı olmayan şəxsdir.

Saxlanılmış 10 nəfər Türkmənistan vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları (səyyar ticarət), digər 47 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilərdən 41 nəfər barəsində qərarlar qəbul edilib, 14 nəfər Hindistan və 2 nəfər Nepal vətəndaşının Azərbaycan Respub­li­ka­­sı hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

Müəllif: