Ucnoqta.az
www.ucnoqta.az

Bakıda maşın süpürgəçi qadını vuraraq öldürüb

12:39 - 31 İyul 2018 tarixində dərc olunub.

Bakıda süpürgəçini maşın vuraraq öldürüb.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat ximdətindən APA-ya verilən məlumata görə, iyulun 30-da saat 10 radələrində Yasamal rayonunun  Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən T.Babayeva orada ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: