Ucnoqta.az
www.ucnoqta.az

Balakəndə 2 tondan artıq çətənə kolları məhv edildi

10:45 - 30 İyul 2018 tarixində dərc olunub.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Balakən RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Meşəşambul kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan ümumilikdə 3 254 ədəd narkotik tərkibli çətənə bitkisi müəyyən edilərək müvafiq qaydada məhv edilib.

Müəllif: