Ucnoqta.az
www.ucnoqta.az

Sabaha olan hava məlumatı açıqlanıb

14:47 - 29 İyul 2018 tarixində dərc olunub.
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.   Havanın temperaturu gecə  23-26°, gündüz  32-37° isti, Bakıda  gecə  24-26°, gündüz  35-37° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 755  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 50-60 %, gündüz  35-45 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29° isti olacaq.    Azərbaycanın rayonlarına gəlincə, iyulun 30-da hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°,  gündüz  34-39° isti, dağlarda gecə 14-19°, gündüz  23-28° isti təşkil edəcək.
Müəllif: