Sumqayıtda yüklə dolu "KamAZ" aşıb - <font color=red><b>Foto</b></font>
10:39 - 27 İyul 2018 tarixində dərc olunub.
Sumqayıt şəhərində mişar daşı ilə yüklü olan "KamAZ" aşıb.
Hadisə Yaşıldərə yaşayış massivində baş verib.
Belə ki, normadan artıq mişar daşı ilə yüklənən 30-BE-629 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarına aşıb.
Hadisə zamanı sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Report