Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlıların olduğu avtobus qəzaya düşdü: <font color=red><b>13 yaralı – VİDEO</b></font>

14:22 - 20 İyul 2018 tarixində dərc olunub.

Bu gün səhər saatlarında Rusiyanın Stavropol şəhərində ağır yol qəzası baş verib.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva-Bakı marşrutu üzrə hərəkət edən “Mercedes Sprinter” markalı mikroavtobus “Ford” və “VAZ 2110” markalı minik avtomobilləri ilə toqquşub. Toqquşmanın zərbindən mikroavtobus aşıb. Qəza zamanı 13 nəfər xəsarət alıb, onlar arasında azərbaycanlıların da olduğu qeyd edilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Namiq

 

Müəllif: