Ucnoqta.az
www.ucnoqta.az

Bakıda “ZİL” “QAZel”ə çırpılıb: <font color=red><b>13 nəfər yaralanıb</b></font>

10:37 - 20 İyul 2018 tarixində dərc olunub.

 İyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Ucnoqta.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hadisə nəticəsində V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: