Ucnoqta.az
www.ucnoqta.az

Bu gün Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

10:20 - 17 İyul 2018 tarixində dərc olunub.

Paytaxtın Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, iyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra (Baku Steel Company-nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq.

Bu məqsədlə tunelin "Koroğlu" metro stansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.

Yaranan müvəqqəti narahatlığa görə Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Müəllif: