Xəzər dənizində növbəti boğulma hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Qaraçobanlı Zülfi Rasim oğlu Bakı şəhərində dənizdə çimərkən batıb.
Onun meyiti dənizdən çıxarılaraq ailəsinə təhvil verilib.
Z.Qaraçobanlı II kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.