Ucnoqta.az
www.ucnoqta.az

Xəzər dənizində daha bir nəfər batıb

15:45 - 13 İyul 2018 tarixində dərc olunub.

Xəzər dənizində bir nəfər batıb. 

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Müəllif: