Ucnoqta.az
www.ucnoqta.az

Yuyucu toz qutusundan psixotrop maddə çıxdı

13:42 - 12 İyul 2018 tarixində dərc olunub.

Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli cizgilər görünüb.

Ucnoqta.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu səbəbdən həmin yükə təkrar baxış keçirilib. Nəticədə, vətəndaşa məxsus yuyucu toz qutusunda ümumi sayı 170 ədəd paketdə olmaqla, xalis çəkisi 183,652 qram təşkil edən metamfetamin və 1 ədəd kolba aşkar olunub.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: