"Quba Palace Hotel”də baş vermiş bədbəxt hadisə ilə bağlı <font color=red><b>Açıqlama</b></font>
16:03 - 9 İyul 2018 tarixində dərc olunub.
Fövqəladə Hallar Nazirliyi(FHN) Quba rayonunda “Quba Palace Hotel”də baş vermiş bədbəx hadisə ilə bağlı məlumat yayıb.
Məlumata görə, ilkin araşdırmalara əsasən, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb. Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır.