Ucnoqta.az
www.ucnoqta.az

Bakıda özünü güllələyən polis zabiti xəstəxanada öldü

13:02 - 6 İyul 2018 tarixində dərc olunub.

İyunun 30-da Bakıda özünü güllələyən polis əməkdaşı xəstəxanada dünyasını dəyişib.

Polis leytenantı Rüfət İsmayılov iyulun 4-də axşam saatlarında müalicə olunduğu Baku Medical Plazada dünyasını dəyişib. Mərhumun meyiti artıq ailəsinə təhvil verilib.

Xatırladaq ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşı olan R.İsmayılov iyunun 30-da özünü güllələmişdi. R.İsmayılovun silahla ehtiyatsız davrandığı üçün özünü güllələdiyi bildirirlir.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunsa da, vəziyyəti pisləşdiyindən yaxınları onu müalicəsinin davam etdirilməsi üçün Baku Medical Plazaya köçürmüşdülər.trend

Müəllif: