05.06.2018-ci il tarixdə saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olmuşdur.
Ucnoqta.az xəbər verir ki. FHN-dən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatmışdır.
Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanmışdır. Digər transformatorlar yanğından mühafizə olunmuşdur.
Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.