Yardımlı rayonunun Şıxlı kəndində meşə zolağında yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.