Ucnoqta.az
www.ucnoqta.az

Bu yollarda rənglənmə işləri aparılır

11:27 - 5 İyul 2018 tarixində dərc olunub.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə səhər saatlarından Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun, Sumqayıt dairəsindən H.Z.Tağıyev qəsəbəsi istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Ucnoqta.az xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.  Məlumatda həmçinin bildirilir ki, bu gün axşam saat 23:00-dan etibarən Z.Bünyadov prospektinin 20 yanvar dairəsindən Koroğlu metrosu istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Müəllif: